HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5143 İçerik Bulunuyor.

SON DAKİKA

Ümummilli lider Heydər Əliyev

11 Aralık 2017 - 264 views kez okunmuş
Ana Sayfa » Genel»Ümummilli lider Heydər Əliyev
Ümummilli lider Heydər Əliyev

Vətən hardan başlayır?   Bəlkə yaşadığımız torpaqlardan ? Bəlkə ailədən ? Bəlkə günümüzün  xoş keçdiyi  qürbət ellərdən? Bu sualın  bir cavabı var ,o da belədir: Vətən onu sevən insanların qəlblərindən başlayır.Atalarımız yaxşı demişlər: Gəzməyə qürbət ölkə , ölməyə Vətən yaxşı.Torpağın uğrunda ölən varsa Vətəndir….deyən sənətkarlarımız doğru qeyd etmişlər .

Haydar Aliyev

Haydar Aliyev

Vətəni sevməyən insan olmaz ,

Olsa da ol şəxsdə vicdan olmaz—deyən  böyük şair Abbas Səhhət hələ on illər bundan öncə bu sözləri qələmə almışdır.Vətəni sevmək onu göz bəbəyi kimi qorumaq hər bir vətəndaşın borcudur.Vətəni sevrəm  ifadəsini dildə  demək yox, onun dar günündə canını qurban vermək, onun uğrunda fədakarlıqlar etmək lazımdır.Vətən uğrunda fədakarlıqlar edən,”Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdəndir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəlmişdir. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində Şərqin ilk Demokratik Cümhuriyyətini qurarkən belə demişdir:”Bir kərə yüksələn bayraq ,bir daha enməz”. XXəsrin sonlarında Azərbaycan müstəqillik qazanarkən Naxçıvan Ali Sovetinə üç rəngli bayraqla daxil olan ulu öndər belə demişdir:”Hər bir evdə gərək Azərbaycan dövlətinin bayrağı olsun,hər bir evdə və hər bir ailə gərək Azərbaycan Bayrağına itaət etsin”. 

Dr. Ayten Ahmedova

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

Bilmate