HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 4879 İçerik Bulunuyor.

SON DAKİKA

Türkiyənin “Ordu marşı” və “Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu”

20 Mart 2017 - 633 views kez okunmuş
Ana Sayfa » Genel»Türkiyənin “Ordu marşı” və “Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu”
Türkiyənin  “Ordu marşı” və  “Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu”

Türkiyənin  “Ordu marşı” və  “Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu” və yaxud bir daha Hans Stumme, Halil Fikret ”. Türkische Lesestoffe…” Leipziq, 1916.kitabı  haqqında

 Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru  Halil Fikret”  kimi imzalayan Halil Fıikret (1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla, dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri, alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim. Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir.


 
 Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916-cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə  dünyanın türkdilli oxucularına çatdırılmışdır. Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M. F. Axunzadənin latın qrafikalı əlifba çağırışı hələ də unuda bilmirdilər. 
1296-cı hicri-qəməri ilində (miladi təqvimi ilə 1879-cu ildə) İstanbulda  “Şirkəti-İraniyyə” mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında düzəltdiyi “Risaleyi-Rüşdiyyə” kitabçasını nəşr etdirir. Bu kitabça tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir. İstanbulda fars dilində nəşr olunan “Əxtər” qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları operativ şəkildə “Ziya” qəzetində də çap edilir. Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.
Əlifba qalmaqallarının səngimədiyi, gündəmdən düşmədiyi  bir vaxtda-1916-cı ildə Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin  birində – OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə
 “Türkische Lesestoffe handschriftlich im  Rуka- Charakter und umschrieben mit lateinischen Buchstaben,unter Beifügung einer einführenden Darstellu des türkischen Alphabets im Rукa-Charakter”
adlı 31 səhifəlik bir kitab çap edilir.

..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”)  kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk əsəri deyil. Halil Fikretin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir. Onun 1927 -ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.
Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische Lesestoffe” (“Türkiyə almanaxı”) kitabı haqqında indiyədək bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa, türkologiyada tutalı bir söz deyilməmişdir. 

 Haqqında söz açılan bu  kitabın məziyyətləri çoxdur.18 mart Çanakkqla zəfərinin 102-ci ildönümündə bu kitabdakı bir yazı haqqında vaxtilə yazdıqlarımızın kisini  gündəmə gətiririk.
 Bunlardan biri  kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış“Ordu marşı”
 şeiri,ikincisi “Çanak-kaladan bir türk askerinin mektubu”dur.

 “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq.
                  Ordu marşı

1.Qrdumuz etdi yemin,

titredi hak ü zemin,

milleti etdi emin,

açıldl rah-i-nevin.

( Nakarat )

sancağımız,şanımız,

osmanlı ünvanımız,

vatan bizim canımız,–javascript:void(0);

feda olsun kanımız!

2. terki-i-aram eylədik,

cahd ü ikdam eyledik,

neşr-i-meram eyledik,

haqle kiyam eyledik.

( Nakarat )

3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)

biz vatan evladıyız,

milletin efradıyız,

hürriyet eşhadıyız.
kokusu bana esse,-

ah, beyaz camilerinin

buhuru (ətri- N.N. ) bana gelse!

lakin buraya gelemez

senden ol şirin koku,

zira denizlere sürer

ruzgarların ordusu.

Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur.
Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir.
Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur.
Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.

Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır. İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir:
“Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı, milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!
Oğlun Mustafa”.
Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixoloq, bu günlərdə ADA-ya yüksək vəzifəyə təyinat alan Zöhrə müəllimə,  şagirdlərə ingilis dilini ingilisdən yaxşı öyrədən Aysel müəllimə, fizika müəlimi Kəmalə xanıma, ixtisasca riyaziyyatçı olan şahmat ustası Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olsunlar, var olsunlar.”

İstifadə olunmuş ədəbiyyat:

1.Hans Stumme, Halil Fikret “Türkische Lesestoffe Handschrift im Ryka -Charakter…” Leipziq, OTTO Harrassowitz.1916.
2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten; Türkçe okuma Parçaları.04 aralık 2011. “Haldun Cezayirlioğlu   Koleksyonu”.

3.Haldun Cezayirlioğlu. Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı yazıldı?   06 aralık  2011. “Haldun Cezayirlioğlu Koleksiyonu “.

4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische Lesestoffe,yene  de Hans Stumme. 07 aralık 2011.  “Haldun Cezayirlioğlu Koleksiyonu”.

5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya doktoru Xəlil Fikrət və yaxud babalarımızın müəllimi).

“Strategiya. az” saytı, 20.11.2012.

6. “Ziya”(1879-1884)  qəzeti .
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM  müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi- Metodiki Şurasının bölmə üzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

Türkoloq,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü.

 

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler : ,
Bilmate