HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5457 İçerik Bulunuyor.

SON DAKİKA

Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888)

14 Nisan 2018 - 134 views kez okunmuş
Ana Sayfa » Genel»Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888)
Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888)
Türk dünyasının ən böyük nazimlərindn birinə-Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitabvə yaxudŞeir necə olmalıdır?
Bir heykəl var Şamaxıda,  

hamı onun sorağında…

Dayanıbdır

magistral,əsas yolun qırağında…

əsgər kimi….

Üz dönərib bu dünyadan

Didələrin zilləyibdir Bakı sarı  –

bütün lallar qonşuları…

yummur bir an gözlərini,

həsrət ilə  yol gözləyir,

ziyarətə gələnlərdən-
hər adamdan

gəlib onu qucmaq üçün

qol gözləyir….

Bu baxışlar, nə söyləyir ,

pıçıldayır,nələr deyir?

Mən baxmışam

 bu heykələ,

 abidəyə neçə dəfə,

neçə  kərəm…

Sual dolu baxışlarda

bilirsiniz   nə  görmuşəm?

Elı bil ki,narazıdır,
babam mənim

şairlərin çoxluğuna,

yaxşı sözün yoxluğuna.

*****

Sən ey  mənim uca babam,

heykəlləşən,

daşa dönən,

gündən -günə qocalaşan,

məndən cavan qoca babam,

dur yuxudan…

Sən ey mənim Seyid babam…

aqiliə də,

avama da  verdin ağıl,

öyüd, babam,….
şair olmaq iddialı bu keyləri

keyit , babam.

Deyirlər ki,

keyiyənlər ayılanda

daha güclü,

məğrur olur,

yol-yörəni tanıyırlar,

səsləru də çox gur olur.

Nadanları  oyat,babam

oyat,babam…

Ver onlata

uçmaq üçün qanad, babam…

Demirəm ki,

qaşınmayan yaraları

qanat,babam…
Şeir necə olmalıdır,

aydınlaşdır,
uyğunlaşdır

mənlərə də,

sənlərə də,

bizlərə də,

sizlərə də

ustad babam,…

ustad babam…

****

Görən, mənim sözlərimi

başa düşən olacaqmı?

Heyhat!..Heyhat!..

Yer- narahat, göy- narahat…

Narahatlıq… lap narahat.

Nazim Nəsrəddinov.

 Bakı.

13.04.2018.

 
 
 
 
 
 

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate