HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5661 İçerik Bulunuyor.

SON DAKİKA

Tarixin qan yaddaşı….. Xocalı soyqırımı….

25 Şubat 2018 - 352 views kez okunmuş
Ana Sayfa » Genel»Tarixin qan yaddaşı….. Xocalı soyqırımı….
Tarixin qan yaddaşı….. Xocalı soyqırımı….

Tarixin qan yaddaşı….. Xocalı soyqırımı….

Doğma diyar nələr gəldi başına,

Necə oldu əldən getdi Xocalı

Nəzər salcaq gözdən axan yaşına

Ürəklər də oldu parça-paralı,

Tarix boyu yaddan çıxmaz Xocalı!

Ermənilərin həyata keçirdiyi soyqırım…

XX əsrin faciəsi, dəhşəti , dünyanın qəbul etmək istəmədiyi erməni terrorizminin törətdiyi qətliam- Xocalı soyqırımı ! Erməni faşistlərinin  63 nəfər uşağı, 106 nəfər qadını, 70 nəfər qocanı güllələdiyi, işgəncələr verərək öldürdüyü Xocalı soyqırımı… Məkrli erməni  terrorçularının bir məqsədi vardi- Xocalı deyilən şəhəri dünya xəritəsindən silmək… Elə buna görə də dəhşətli cinayət aktı həyata keçirdilər.Bunun nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş,130 uşaq  isə valideynlərindən birini itirmişdir, 487 nəfərdən  76 nəfəri uşaq olmaqla insan yaralanmışdır.1275 nəfər əsir götürülmüş,
150 nəfər itkin düşmüşdür ki, onların taleyindən  bir məlumat yoxdur.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünü müdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Xocalının coğrafi mövqeyi….

 Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

Xocalı soyqırımının hüquqi qiyməti əvvəl-axır dünya birliyi tərəfindən verilməlidir. Dünya ictimaiyyəti erməni terrorizminin iç üzünü görəcəkdir…

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate