HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5457 İçerik Bulunuyor.

SON DAKİKA

Tərcüman qəzetini Türk dünyasına tanıdan ilk Türkdili jurnal yazısı

12 Nisan 2018 - 171 views kez okunmuş
Ana Sayfa » Genel»Tərcüman qəzetini Türk dünyasına tanıdan ilk Türkdili jurnal yazısı
Tərcüman qəzetini  Türk  dünyasına tanıdan ilk  Türkdili jurnal yazısı

1883-cü il  aprel ayının  10-da  Kırımda nəşrə başlayan  “Tərcüman”  qəzetinin çapından bir neçə gün  əvvəlonun haqqında məlumat verən ilk türkdilli mərbu orqan  TiflisdəAzərbaycan dilində çap olunan  “Ziya” qəzeti idi. İlk  nömrəsi 1883-cü il yanvarın n 31-də  işıq üzü görən “Kəşkül” jurnalı da  bu xəbəri özünün 3-cü nömrəsində oxucularla  daha geniş şəkildə bölüşdürməyi  mənfəətdən xali bilmir.

Yeri gəlmişkən qeyd edək ki, “Ziya” qəzeti 1879-cu il yanvarın 25-dən 1884-cü il iyunun 26-dək Tiflisdə  türk dilində dərc olunan həftəlik,ictimaii-siyasi,elmi-pedaqoji təmayüllü mətbu orqandır. Qəzetin imtiyaz sahibi və naşıri  Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı–1905,İstanbul) idi.  “Ziya” 1880-ci ilin dekabrın  9-dan  Ziyayi-Qafqasiyyə adı ilə çıxmışdır.

“Ziya” qəzetinin əsas mühərriri Səid Ünsizadənən kiçik qardaşı Cəlaəddin Ünsizadə(1854,Şamaxı-1933,Ankara) idi.1883-cü il yanvarın 31-də C.Ünsizadə Ziya mətbəəsindəKəşkül adlı jurnalın  nəşrinə başlayır və qısa bir müddətdn sonra “Ziya” qəzetindən rəsmi şəkildə uzaqlşır.Əslidə  “Kəşkül” Ünsizadə qardaşlarının yeni mətbuat  layihəsi idi.Qardaşlar hansı yolla olursa olsun, Qafqazın turkdilli mətbuatında öz mühüm rollarını itirmək istəmirdilər. 

Qəzetçilik məsələsində, ədəbi dilin  formalaşmasında,söz yox ki, birincilik həmişə Səid Ünsizadənin olub.

Səid Ünsizadə  dəfələrlə qardaşı Cəlaləddinı hamının başa düşdüyü dildə, üslubda yazmağa çağırırdı.  O, məqalələrinin birinində qardaşına “hər kəsə öz xörəgini verməgi”  məsləhət görürdü.

“Ziya”ya göndərrilən yazıları redaktə etmək,faktları icmal yazılarına uyğunlaşdırmaq və bu faktlardan xülasələr hazırlamaq   1883-cü ilədək Cəlaləddin Ünsizadənin  vəzifə səlahiyyətinə aid idi. 

Bağçasaraydan İsmayl bəy Qaspıralı  həzrətlərinin  çıxarmağa hazırlaşdığı “Tərcüman” qəzeti  haqqında Tiflisə gönddərdiyi “Məxsuseyi-vərəq”lərini -xüsusi məktubularını  redaktə edib,onlara yüngülvari əl gəzdirən ,demək olar ki, Cəlaləddin Ünsizadə olmuşdur.

 Həmin yazılardan birini-“Kəşkül” jurnalının senzor tərəfindən 28 mart 1883-cü il tarixdə  çapına  icazə verilən 3-cü nömrəsində dərc olunmuş   yaziını  oxuculara təqdim edirik.

                                   “Tərcüman” nam ğəzetə

Mətbuat və nəşriyyatı-milliyyəmizin  tovsih (vüsətləndirmə,genişləndirmə-N.N.) və pişrəfti uğrunda azxan və dilsai  və cahid (çalşan,cəhd eən-N.N.) ) olanlardan  biri dəxi Bağçasarayda  rüfətlü İsmail bek  cənabları olduğu “KƏŞKÜL”ÜN  (“Kəşkül”jurnalının-N.N.) keçən nüsxəsində icmala zikr olunmuşdur.Bu həqiqəti təsdiq etməgə şəhadət verən asar (əsərlərin-N.N.) kəsirəsi (çoxu)  cümləsinə bir də tazə təb və nəşrinə rüsxət (icazə-N.N.) aldığı ğəzetə “TƏRCÜMAN” nam həftəlik ğəzetə daxil olur.

Biz bu həftə İsmail bek cənablarından aldığımız vərəqeyi-məxsusədə  (məxsusi məktubda-N.N.) məzkur(haqqında bəhs edilən-N.N.) asari əlməmnuniyyətlə  oxuduq.

“Tərcüman”  ğəzetəsinin təb’ və nəşr  olunmağına   aid bir elan-ü bəyan  və şəraiti-sairə  “Ziya”nın 9-cu və 10-cu ədədlərində  ( Ziya qəzeti, N 9, 30.03.1883; N 10, 05.04.1883-N.N.) təfəssilan dərc  və nəşr olunmuşdur.İnşallah tovfiqi-  xudayar (Allahın köməyi-N.N.) olursa,  fevral rusidə etibarən təb’ və nəşrinə iqdam olunacağı- məzkur elanda  bəyan olunmuşdur. 

“Tərcüman” nam qəzeteyi-cədidə siyasət və ədəbiyyata dair  fünun və maarif  və mənafeyi -əmələyə aid məvaddan (maddələrdən-N.N.)  bəhs elədigi  lisanda(rusca və tatarca ) həftədə bir dəfə nəşr olunacaqdır. Ümur (işlərin-N.N.) təhriyyəsinə müavinət  (kömək-N.N.) göstəriməgi vəd edilənlərdəndir. 

     Üdabə (  Ədiblər,yazıçılar  -N.N.) və danişməndan (alimlər-N.N.)  millətdən 

1) Qəzan- şəhrində ( müdərris Şəhabəddin)  və

 (Qəyyum Nəsirof) həzrətləri

2) Ufa şəhrində (Süleymanof Ələddin) həzrətləri

3)  Peterburğda (Abdulla Şərifof və İmam Qara Seyyid) həzrətləri 

4) Qızlarda (Həmzəyef Knyaz  Abdulla Əhməd) həzrətləri 

5) Astraxanda (Məqsudof Mənlaəli) Əfəndi

6) Qasımxanda ( …müdərris Hafiz Şərifəddin ) Əfəndl 

 Orenburğ tərəflərdə Rəmieflərdən –

7) Məmmədşakir

8) Məhəmmədzakir 

9) Peterburğda –Yunisof  Molla  Xeyrulla 

10) Saratofda- Dirdof  (?) Abdulla

11) Qırımda – ( Müftizadə polkovnik ismail bek)  cənabları

12) Advokat Yəhya Mirzə

13) Yaltada (İmam Xətib Əlhac Həbibula ) həzrətləri 

Bunlardan  başqa,  Ağ Məsciddə Darülmüəllimin naziri  QAZAZO və Qoridə yenə

darülmüllimin naziri  cənab Çernyayevski və Taşkəndən dəxi (Hüseyn Canşiyef)lərdən 

 istemdad (imdad , kömək istəmə-N.N.)  olunubmuş.

Məzkur zadatkəramdan  ibar  bir heyəti-təhririyyə  qələmində  çıqan ğəzetə

dəxi  “ELM bə MAARİF TƏRCÜMANİ” olacağına 
kim şübhə edər.

   “Tərcümani “   talib onlar az olmaya.

Çünki ümid ilə  budur onun  şərait

qiymətini dəxi gətirüriük:

Sənəligi    4 manat

Altı aylığı 2 rubl 50 qəpik

qərar verilmişdir.  

“Tərcüman” xüsusunda  ayrıca mütaliəyi-məxsusəmiz  gələn nömrədə dərc olunacaqdır.  

 

tercüman gazetesi - ismail bey gaspıralı

tercüman gazetesi – ismail bey gaspıralı

 

tercüman gazetesi - ismail bey gaspıralı

tercüman gazetesi – ismail bey gaspıralı

 

tercüman gazetesi - ismail bey gaspıralı

tercüman gazetesi – ismail bey gaspıralı

__________________________________

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının  əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
            türkoloq.
  12.04.2018

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

Bilmate