HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5796 İçerik Bulunuyor.

SON DAKİKA

Söz oyunu və yaxud nüktədanlara xitab

12 Haziran 2018 - 270 views kez okunmuş
Ana Sayfa » Genel»Söz oyunu və yaxud nüktədanlara xitab
Söz oyunu və yaxud nüktədanlara xitab
Söz oyunu və yaxud nüktədanlara xitab
 
Böyrütikan, çiyələk…
Güıməlisə,de gülək.
 
Bu qarpızdır,bu yemiş,
hər ikisi suya həris,görməmiş…
Əmimgilin həyətində var əzgil,
Var köhnə gül, köhnə gül,
Təzəgül..

Bu ağac da -əbrişim,
Onun ilə nə işim…
Şabalıda deyirlər
Şah Palıd,ulu palıd….
Amma görən olmayıb
hələ nökər,qul palıd.
 
Ağacdakı qoza bax,
pambıq qozası kimi…
Heç nəyin dozası yox,
onun dozası kimi…
 
Bu qırmızı,albalı,
olub hamının malı..
Aha… Bu ki gilasdır…
təravətli,ətlidir.
Tutun üstündəki xətt,
nə qıyğacı xətlidir…
 
Şaftalılar suludur,
Başqa adı,səhv deyilsə,huludur.
Eh… Dilimiz -xəzinə,
uzaq qaça bilmirik…
Düyün düşən sözləri
çox vaxt aça bilmirik.
 
 
Sözlərin mənasın ,
axtarırıq, çözürük….
çətinliyə dözürük…
Bir sözü səhv deyəndə
xəcalətdən xəcil olub ölürük…
 
 
Sözləri öldürməyin,
söz öləndə, itəndə,
dəli olub ölürük…
Özünüzü dəliliyə qoymayın,
yaxşı sözü yaşatmaqdan,
diriltməkdən doymayın.
***
 
Söz oyunu, oyunu…
Olsun sənin oyunun….
Ey insanlar,nüktədanlar!..
Yaxşı sözlə həmişə
qürrələnin , öyünün,
yaxşı söz eşidəndə,
fərəhlənin,sevinin….
 
Nazim Nəsrəddinov
 
12.06.20
 
 
 
 
 
 
 
 

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate