HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5576 İçerik Bulunuyor.

SON DAKİKA

Seyid Əzim Şirvanini Qori Müəllimlər Seminariyasına nə üçün qəbul etmədilər?

27 Aralık 2017 - 318 views kez okunmuş
Ana Sayfa » Genel»Seyid Əzim Şirvanini Qori Müəllimlər Seminariyasına nə üçün qəbul etmədilər?
Seyid Əzim Şirvanini Qori Müəllimlər Seminariyasına  nə üçün qəbul etmədilər?

1879-cu ildə Zaqafqaziya (Qori)Müəllimlər Seminariyasının Müsəlman şöbəsi yaradılanda ilk növbədə burada dərs deyəcək tələbələrə elmli və təcrübəli müəllimlərin axtarışına başlandı.

Seminariyada müsəlman tələbələrinə 2 şəriət və ana dili müəlliminin axrarışına başlandı. Bu məqsədlə müsabiqə elan olundu.Sünniməzhəb tələbələrə dərs demək üçün müsabiqədə təkcə bir müəllim iştirak edirdi-Molla Hüseyn Qayıbov. O,uzun müddət Zaqafqaziya Əhli Təsənni İdarəsində katib işləmiş,İdarənin nəzdindəki məktəbdə şagirdlərə ana dili və şəriətdən dərs demişdir.Dövrünün ensiklopedik təfəkkür sahiblərindən biri olan H.Qayıov- M.F.Axundovun xahişi ilə Azərbaycan şairlərinin bir neçəsini əsərlərini toplayıb,çap olunmaqdan ötrü M.F.Axundova vermişdir.Toplanmış bu əsərləri milliyyətcə ata tərəfdən fransız, ana tərəfdən alman olan rus şərqşünası Adolf Petroviç Berje (1828-1896) Almaniyada çap etdirmişdir.Çox güman ki,H.Qayıbovun seminariya müəllimliyinə asanlıqla qəbul olunması A.P.Berjenin cəmiyyətin yüksək təbəqəsi ilə yaxşı münasibət qurmaq çalışmalarının bir nümunəsi idi.
Müsabiqədə seminariyanın şiəməzhəb uşaqlarına ana dili və şəriətdən dərs demək iddiasında olan iki müəllim var idi.Onlardan biri əslən Salyandan olan Ə.Axundzadə ( 1843-1907) idi.
O,Zaqafqaziya Şiə İdarəsini üzvü,bu idarənin nəzdindəki Əli məktəbinin müəllimi kimi tanınan qələm sahiblərindən biri idi.
Ə.Axundzadə həm dərslik müəllifi,həm də praktik müəllim kimi yaxşı tanınırdı.
Müsabiqədə Ə.Axundzadənin rəqibi Şamaxılı şair,Azərbaycan milli mətbuatının ilk jurnalistlərindən biri S.Ə.Şirvani idi. S.Ə.Şirvani o vaxtlar Şamaxıda iki məktəbdə müəllim işləyirdi. Bu məktəblərdən biri 1874-cü ildə görkəmi maarifçi və din xadimi,Şamaxı qazisi Səid Əfəndi Ünsizadənin (1825,Şamaxı,-1905,İstanbul) yaratdığı Məclis Məktəbi idi. Onun işlədiyi ikinci məktəb isə şəhərin rusdilli məktəbi idi.Yeri gəlmişkən qeyd edək ki, sonralar Bakı Real Gimnaziyası yaradılnda  bu məktəbdə işləyənlərin çoxu oraya göndərilmişdi. 
S.Ə.Şirvani müsabiqəyə dəvət olunanda ölkənin adlı-sanlı nüfuz sahiblərindən biri idi.O,işlədiyi məktəblərdə dediyi dərslər əsasında hazırladığı dərsliyi çap etdirmək üçün müvafiq sənədlərin tərtibi ilə məşğul idi.
 
S.Ə.Şirvani Tiflisə müsabiqəyə yola düşəndə qalib gələcəyinə arxayın idi.Lakin S.Ə.Şirvani bir neçə gündən sonra kor-peşman öz doğma şəhərinə qayıtdı.Bu səfərdən Seyid Əzimə qalan dahi Azərbaycan şairi Nizaminin qəbrinin üstündə oxuduğu dərdləşmə, rübai(həsbi-hal) oldu:

Ey Şeyx Nizami,ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan,

Olmuşmu səninlə mən kimi aləmdə

Beyti,evi,məktəbi,kəlamı dağılan?..

S.Ə.Şirvani Şamaıya qayıdanda əvvəlki işlərində maarifçilik fəaliyyətini davam etdirdi,yazdı,yaratdı,bacardığını söylədi,gücü çatmayan məsələləri ezop dili ilə, rəmzlərlə dilə gətirdi.Çuxasını döşünə taxmağa himayəsində yaşadığı dövlətdən orden , medal ala bilməsə də, lentlə boynundan asmağa bir gümüş medal ala bildi.Buna da min şükür:onun müəllimliyinə nəhayət ki qiymət verildi…

S.Ə.Şirvaninin seminariya rəqibi Ə.Axundzadə də təhsilimizin inkişafı yolunda böyük uğurlar qazandı,Sinəsinə taxdığı orden və medalların, boynundan asdıığı qızıllı ,gümüşlü medalların sayı artdı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının 1890-cı il məzunu N.Nərimanov sonralar öz ana dili və şəriət müəllimininin-Əbdüssəlam Axundzadənin pedaqoji ustalığından həvəslə söz açmışdır.

Ə.Axundzadə Qoridə 16 illik müəllimlik fəaliyyətindən sonra -1895-ci ildən 1907-ci il noyabrın

18-dək Zaqafqaziya şeyxülislamı vəzifəsində işləmişdir.

Bu yerdə ağlıma bir sual düşdü:

“Görəsən,S.Ə.Şirvani Qoridə müəllimliyə qəbul olunsaydı, o da sonralar şeyxülislam ola bilərdimi ?”



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,

Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müabiqəsinin qalibi,

türkoloq.
26.12.2017.

 

P.S.

 

ZMS-in ilk müəllimlərindən biri də Hüseyn Əfəndi Qayıbov (1830-1917) idi. O, bir neçə illik pedaqoji

 

fəaliyyətdən sonra-1884-cü ildən Zaqafqaziya Əhli -Təsənni İdarəsinin sədri və Zaqafqaziya müftisi

 

seçilmiş,ömrünün sonunadək -1917-ci ilədək bu vəzifədə çalışmşdır.

 

Bu illərdə onun ən böyük işi 4 cilddən ibarət olan

 

“Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlandırdığı təzkirədir.

 

 

Bu iş bütöv bir elmi-tədqiqat institutunun bir ildə gördüyü işlə müqayisə oluna bilər.

 

Təəssüf ki, 4 cildlik məcmuənin 1986-cı ildən bəri ancaq 2 cildi çap edilərək oxuculara çatdırılmışdır.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate