HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 4732 İçerik Bulunuyor.

SON DAKİKA

Saxla samanı,gələr zamanı

11 Ekim 2017 - 136 views kez okunmuş
Ana Sayfa » Genel»Saxla samanı,gələr zamanı
Saxla samanı,gələr zamanı

Layihə-Saxla samanı,gələr zamanı… Amma bu saman o samandan deyil ha…

SAKLA SAMANI

1.Ailə üzvləri ilə birlikdə şam yeməyi zamanı qalstuku şıxarmağınız məsləhətdir.
2.Adamın bir dədəsi olar. Yad adamla ünsiyyəе zamanı 
ona “dədə” deyə müraciət etməyin.
3.Çörəyi çörəkçiyə vermə,çörəyi çörəkçidən al.
4.Fikirləşəndə,işdir,şayəd, papağını çıxarmalı olsan,
papağın yerini bil.
5.Tikəni yeyib qurtarandan sonra əlini çörək qabına uzat.
6.Salamı eşidiləcək tərzdə səsləndir.Sonra elə bilər ki,onu söyürsən.
7.Müraciətdə həddini aşan adamdan uzaq olmaq məsləhətdir.
8.Özündən kiçiklərə də,böyülkərə də “oğlum”, “qızım” sözləri ilə müraciət etmə.
9.Zarafatı başa düşməyən adamla dostluq etmək əbəsdir.
10.Pulun olsa da,özünü pullu göstərmə.Sonra kimsə 
elə başa düşər ki,dədəsinə pul borclusan.
11.Hər mövsümün öz paltarı,hər sözün də söz paltarı.
12.Dünən yediyi yadından çıxıbsa,deməli,yeməyi yaxşı olmayıb.
13.Qapı açılan kimi içəri keçməyə cəhd eləmə.
14.Saxla samanı,gələr zamanı…Amma bu saman o samandan deyil ha…
Bu,o demək deyil ki,yatdığın evə ot-ələf yığasan. Bu saman o samandan deyil.
15.Avtoqraf yazanda sözü sətirdən sətrə keçirmə, “müəllim”  sözünü yönlük halda işlətmə.
16.Salamını almaq istəmirsə,salamına hayıfın gəlsin,ayaq üstə gəzən o adama daha salam vermə.
17.Yol gedəndə yola bax, kola,kolluğa baxma.
18.Şəkil çəkdirəndə şəkli elə çəkdir ki,özün özünə oxşayasan.
19.Xisın-xısın danışma,bu sözün kökü öz sözümüzə oxşamır.
20.Üşaqlarınıza yaxşı səslənən ad axtarın.Bugünkü FİDANı sabah FİDAN NƏNƏ çağırmaq olmayacaq ha…
21.Sözünün yerini bilməyənə elə söz deki, köz kimi olsun,yandırsın,yaxsın.
22.Nisyə maldan qaçın.Nisyə mal baha olur.
23.İşdir,şayət, jurnalist olsanız,başlığı dəfələrlə yoxlayın.

24.Yaz yağışı,göyərdəcək qamışı…

Nazim Nəsrəddinov.
11.10.2017.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate