HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5661 İçerik Bulunuyor.

SON DAKİKA

Pıçıltılı etiraf və yaxud

20 Mayıs 2018 - 184 views kez okunmuş
Ana Sayfa » Genel»Pıçıltılı etiraf və yaxud
Pıçıltılı etiraf  və yaxud

“Narahat günlərimizin faciəsi”–  şeirlər silsiləsi-

beş ay bundan öncə itkin düşmüş Azərbaycan alpinistlərinə aiddir.  

   Bu silsilə  keçən il dekabrın sonlarında  Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı  Tufandağda  itkin düşən alpinistlərin  mözücəli  qayıdışını gözlədiyimiz  günlərin narahatlığından yaranmımdır.
Səhərəcən xoş xəbər gözləyirdik.Yuxumuz ərşə çəkilmişdi…

 …Axtarışlar beş ay davam etdi .

Bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olundu. 

   Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar.

Qayıdış uzun çəkdi….

Mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanmışdır.

  Silsilənin birinci şeiri

                                 Pıçıltılı etiraf  və yaxud…….

Neçə gündür,səhərəcən
Xınalıqdan möcüzəli sirli xəbər
gözləyirik.

Neçə gündür ərşə çıxan yuxulardan,
yalvarışla , faciədən uzaq olan
güman dolu,
ümid dolu,

dürlü xəbər
gözləyirik.

Neçə gündür,

həm gecənin, həm gündüzün 
dərdi-səri – Xınalıqdır.

Hər cümləmin mübtədası və xəbəri –
Xınalıqdır.

Neçə gündür

hər sözümüz,hər fikrimiz-
Xınalıqdır.

Neçə gündür

dekabrdan
qar görməyən Bakmıza 
zümzüməli küləklərlə
qar gəlibdir.

Dünya bizə dar gəlibdir.
Biz hələ də

tənbəl-tənbəl
dərələrin qarlarını bir qarışlıq 
kürəklərlə kürəyirik ,
fikrimizi ora-bura sürüyürük.

Biz hələ də

proqnozlar verə-verə
k ü l ə k l ə r i,

kürəkləri,

kələkləri
söyə-söyə,

gözümüzü döyə-döyə
fırfıratək fırladırıq

xəlbirləri,

ələkləri.

…Təlim görmüş İtlər gəlib Avropadan 
əlac üçün,xilas üçün.
İt də dözməz
bu soyuğa,
bu sazağa.
İş görəndə,

gördürəndə, 
bir binanı

hördürəndə,
niyə yada düşməyibdir,
bu işlərdə əsas olan,
“bax bu, olar “, “bax bu,olmaz”
meyarıyla ölçüləsi 
həm nəsihət, həm qadağa?…

Ey kombili binalarda

yuxulayan mühəndislər,
Görüləndə lazım olan

mühüm işlər,
yuxunuza haram qatın,
mışıl-mışıl yatmayın siz,
başınızı “bəlkə”lərlə,xülyalarla qatmayın siz…

Bax bu-qələm,

bax bu,kağız…

Çətindirsə bu iş sizə,
bicə dəfə,

bircə ağız
Pıçıldayın:
” Bacarmarıq biz bu işi,
İşi bilər yaxşı adam,yaxşı kişi”…

Biz də bilək işimizi ,
hirsimizdən qıcamayaq

dişimizi.,
çətinliyə hazır olaq,
el yolunda ellər üçün 
mətinliyə hazır olaq.

Nəzər salaq işimizə gücümüzə,

qulaq asaq məsləhətə,

hər təklifə,hər bir sözə.
işimizdə,işimizə

hakim olaq,

nazır olaq,

çətinliyə,

mətinliyə

hazır olaq.

Nazim Nəsrəddinov.

Bakı.

18.05.2018.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate