HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5661 İçerik Bulunuyor.

SON DAKİKA

Məktəb, məktəb , yenə də məktəb… Özü də gələcəyin məktəbi

11 Mart 2018 - 266 views kez okunmuş
Ana Sayfa » Genel»Məktəb, məktəb , yenə də məktəb… Özü də gələcəyin məktəbi
Məktəb, məktəb , yenə də məktəb… Özü də gələcəyin məktəbi

Azərbaycanın dahi şairi M.Ə.Sabirin 1907-ci il mayın 12-də “İrşad” qəzetində (redaktoru o vaxtlar Ə.Ağayev idi -N.N.) çap olunmuş maraqlı bir mürəbbesi (dördlüyü) var. Cəmisi 6 bənddir. Ziyalıların başa düşdüyü, o dövrün ədəbi dil normalarına uyğun üslubda, daha çox milliləşən alınma sözlərlə tanınan maraqlı, ezop maneralı, simvolları ilə yadda qalan əsərlərdən biridr. II Dövlət Dumasının bağlanma ərəfəsində yazılmışdır. Mövzusu da elə bununla ilgilidir. Məlumat üçün deyək ki, II Dövlət Duması 1907-ci il fevral ayının 20-dən iyun ayının 2-dək fəaliyyət göstərmişdir. Dumaya seçilmiş azərbaycanlı deputatları da sadalayırıq – Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov, Zeynal Zeynalov. 
  Şeirin II Dövlət Dumasının Bakıdan seçilmiş 2 deputatından birinə -Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından birinə-kürdəmirli Mustafa Mahmudova xitabən yazıldığı hiss olunur. Mustafa Mahmudov deputat seçkisindən əvvəl Bakıdaki I rus-tatar məktəbinin direktoru idi. Ölkənin həyatında böyük nüfuzu olan ziyalılardan idi. 
  Sözümün canı var; Mustafa Mahmudov  M.Ə.Sabirin xatırladığım şeirinin dərc olunduğu “İrşad”ın əsas yazarlarından biri idi.  O, qəzetdə  zəngin və maraqlı çıxışları ilə yadda qalırdı.Mustafa müəllimin  müxbir kimi yazılarının  əsas mövzusu təhsil və təhsilin gələcəyi yolunda aparılamn işlərəin gücləndirilməsi məsələlər  idi.
   M.Ə.Sabirin  yolu Şamaxıdan Bakıya düşəndə burada yaşayan Şirvan ziyalıları ilə görüşüb söhbət etməsi, müəyyən fikir mübadiləsində fəal iştirakı məlumdur. O vaxtlar  Bakıda  və Şamaxı mühitində yetişən  ziyalılar    Bakıda təhsil məsələlərinə aid tədbirlərdə  daha fəal iştirak edirdilər. Bunun da əsas səbəbi burada yaranan tarixi təhsil əlaqələri ilə izah oluna bilər. Şamaxıda yaşayan M.Ə.Sabirin bir sıra şeirləri məhz bu görüşlərin zəminində ekspromt olaraq yazılmışdır.

Mustafa Mahmudov deputat seçilməyi ilə qürrələnəndə Sabir onu gələcəyə açıq gözlə baxmağa,iddialı olmamağa  çağırırdı. Mustafa müəllim Azərbaycanda təhsilin  kənd mühitində böyümüşdü, əvvəlcə Kürdəmirdə, sonralar isə Göyçayda təhsil almışdı. Onun Qoriyə gedən yolu da buradan – Göyçaydan başlamışdı. ZMS-nı qurtaranda onun  təyinatını Qutqaşının (Qəbələ-N.N.) Vəndam kəndinə versələr də, M.Mahmudov H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə təyinatını Bakıya dəyişdirə bilmişdi.

Bakı böyük ictimai həyat üçün böyük məkan idi. M.Mahmudov bu məkandan istifadə edərək, II Dövlət Dumasına vəsiqə ala bilmişdi.O, Dumanın imkanları çərçivəsində xalqın maariflənməsində yulunda  böyük işlər görəcəyinə inanırdı. Lakin Dumanın işindəki  narahatçılıq,xalqa biganəlik  gənc müəllimin arzularını qanadlandıra bilmir.

M.Ə.Sabir  yazdığı məzkur (haqqında danışılan,zikr olunan)  şeirində yaxşı tanıdığı, yüksək əqli imkanlarına yaxşı bələd olduğu Şirvan ədəbi və ziyalı mühitinin gənc nümayəndəsinə  – M.Mahmudova  ad çəkmədən  belə xitab edirdi:

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların.
Yoxsa qanıb da eybini başlamısan ədaların?
Şimdi, hərif, söz haman mən deyən oldu, olmadı?

M.Ə.Sabirin sözü düz çıxdı, şeirin çapından bir neçə gün sonra II Dövlət Duması qapandı.Mustafa Mahmudovun təhsil və maarif məsələləri haqqındakı Dumadakı  uğurlu çıxışları ölkənin təhsilinə uğur gətirmədi.

 Nəhayət, gəlirik əsas məsələyə. İndi  Mustafa Mahmudov kimi müəllimlər də, adi vətəndaşlar da şagirdlərin məktəbdənsonrakı taleyini düşünür, hamı da nədənsə öz fikrinin doğruluğuna  inanır.

Azərbaycan təhsilinin tarixində  təhsilimizin  uğurlu gələcəyi, cəmiyyətin  işıqlı gələcəyinin təhsillə bağlı olduğunu deyən və bu yoldaa  böyük işlər görən ziyalılarımız çoxdur.Təhsil sistemi həmişə cəmiyyətin diqqət mərkəzində olmuşdur. Son  20-30 ildə bu istiqamətdə daha önəmli işlər görülmüş,məktəbləri tədris bazası daha da genişləndirilmiş, ölkədə yüzlərlə məktəb binası tikilmiş,burada qabaqcil təlim texnologiyalarl geniş yayılmışdır.Azərbaycan Respublikası Təhsi Nazirliyi,eləcə də  1992-ci ildə yaradılmış TQDK da  təhsil islahatlarının həyata keçirilməsində yadda qalan layihələrinin  reallaşdırılması üçün  əhəmiyyətli işlər görmüşlər.

Azərbaycan təhsilinin dünya təhsil sistemi ilə əlaqələri gündən-günə artır.Lakin görülməli işlər hələ çoxdur.Hələ də məktəblilər həyatla o qədər də birbaşa əlaqəsi olmayam proqram materiallarından  uzaqlaşa bilməyiblər. Hələ  Nəcəf bəy Vəzirovun  1876-ciı ildə  Moskvadan Bakıya- öz müəlliminə-Həsən bəy Zərdabiyə yazdığı kimi şagirdlərə Leyli və Məcnunun elədiyi qələtləri öyrədirik. Hələ də dərsliklərimizdə ayrı-ayrı müəlliflərin tərslikləri-sözü baş-ayaq demələrinə ,təəssüf ki,rast gəlirik. Dünya təhsil təcrüzəsini öyrənmək adı ilə  bəzən illərlə aparılan,sonradan isə yanlış olan layihələrə itirdiyimiz vaxta  görə  hələ də heç kəsə,demək olar ki,irad tutulmayıb.Bu gün Azərvaycan məktəblisinin xarici dillərin öyrənilməsində hələ də uzun illərin problemləri həll  olunmayıb.Hələ də məktəblilərimiz xarici dilləri şeir yazmaq səviyyəsində öyrənə bilmirlər.

Ali təhsil müəssisələrində də xarici dillərin öyrənilməsində müəyyən çətinliklər vardır.Doğrudur,bu istiqamətdə müəyyən işlər görülür, amma  dil öyrənmə vərdişlərinin bəyənilən metodikası,yanaşma üsulu hələ tələblərə cavab verəcək dərəcədə deyil.

!879-cu ildə Qoridə Zaqafqaziya Müəllimləri Seminariyasının  müsəlman şöbəsi yaradılanda  müəllimlər kəndbəkənd,şəhərbəşəhər gəzərək,dolaşaraq  yeni təhsil oşağına tələbə axtarışlarına çıxmışdılar.Çoxlu əziyyətlərə baxmayaraq, onlar Qoriyə ibtidai məktəb müəllimliyinə  sayı nəzərdə tutulan şagirdləri toplaya bildilər. 1881-ci ildə birinci buraxılışı cəmi 3 nəfər bitirdi.Onların üçünün də adı sonralar tarixə düşdü. Qoridəki seminariyanın XIX əsrdəki məzunlarından – gənc ibtidai məktəb müəllimlərindən Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov,Rəşid bəy Əfəndizadə,Nəriman Nərimanov, eləcə də sonralar II Dövlər  Dumasını üzvü, Zaqafqaziya Seyminin üzvü , AXC-nin parlamet üzvü  Mustafa Mahmudov ömrü boyu insanları elm və təhsil öyrənməyə, tarixi ənənələri olan məktəblərə  çağırdılar.

Mən – təhsildən az-çox məlumatı və  bu sahədə  dövlət tərəfindən təsdiq olunmuş xidmətləri olan təhsil işçisi kimi bu fikirdəyəm ki, orta məktəblərin rolu  əhəmiyyətli dərəcədə daha da  artırılmalıdır. Təhsil tərbiyədən başlanmalıdır. Orta məktəbdə yaxşı təhsil alan şagirdlər ali məktəblərə imtahansız qəbul edilməlidirlər. Ali məktəblərin birinci kursunun sonunda  təhsildə etimadı döğrultmayanlara başqa yol göstərilməlidir. 

Təhsilimizin uğurlu istiqaməti yolunda deyilən  hər sözə düzgün qiymət verilməli,yerində olan iradlara biganəlik göstərilməməlidir. Məsələn,mən proqrqm materiallarının yüngülləşdirilməsinin tərəfdarıyam.Şagirdin gündəlik iş rejimi mütləq müvafiq qurumlar və nazirlik tərəfindən nəzarətə  alınmalıdır. Dərsdən sonra daha 3-4 saat dərnək və məşğılılırə getmək qadağan olunmalıdır.Şagird proqram materiallarını elə sinifdəcə öyrənməlidir.Şagirdlərin  fiziki tərbiyəsinə mütləq ciddi yanaşma tədbirləri görülməlidir.Bugünkü məktəblilərin  yerişində,oturuşunda inqilabi dəyişiklik edilməlidir ki, onlar gələcəyin sağlam vətəndaşı, sağlam ailə bşçısı olsunlar.Məktəb hər bir şagirdin qibləgahı olmalıdır.

 Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının  əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
            türkoloq.

11.03.2018.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate