HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5262 İçerik Bulunuyor.

SON DAKİKA

İtirmişik yuxumuzu, qalanımız ağrımızdır…

06 Ocak 2018 - 206 views kez okunmuş
Ana Sayfa » Genel»İtirmişik yuxumuzu, qalanımız ağrımızdır…
İtirmişik yuxumuzu,   qalanımız ağrımızdır…

Neçə gündür yuxu nədir,
dinclik nədir,bilmiəyirik,
bilməyirik..
Üç balamız qar altında …
Yorğan altda 
yatırrıq biz,
ölməyiriz,
ölməyiriz…
Həqiqəti duya-duya,
gözümüzü doyə-döyə,
əlimizi uzatsaq da 
dua üçün göyə,
göyə…
keyləşirik,
kütləşirik…
daşa dönüb
bütləşirik..
Gərəkdir ki,heyfimizi 
o dağlardan alaq,
alaq..
O dağlara,dərələrə,
cığır salaq,
yollar salaq,
yollar salaq…
Pis xəbəri
pis günlərin cadusu tək
cəhənnəmə yola salaq,
yola salaq…

Bu nə işdir,
Vərəvutdan 
başım şişdi…
Tanımırıq günahkarı,
bu,tufanmı,
bu küləkmi, 
bu zirvəmi,
bu dağ başı,
bu,bir şişmi?
Elmimizin gücü hanı?
Vallah, adam xəcalətdən,
ətalətdən,
eləcə də ədalətdən
utanır,ey
utanır…

Nazim Nəsrəddinov.

Bakı,
06.01.2018. 
saat 02:53

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate