HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5143 İçerik Bulunuyor.

SON DAKİKA

Cəsarətli etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik

08 Ocak 2018 - 196 views kez okunmuş
Ana Sayfa » Genel»Cəsarətli etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
Cəsarətli etiraf  və yaxud Zirvələrdə iki həftə qar altında  qalanların xoş xəbərin gözləyirik

Neçə gündür,səhərəcən
Xınalıqdan möcüzəli sirli xəbər
gözləyirik.
Neçə gündür ərşə çıxan yuxulardan,
yalvarışla , faciədən uzaq olan
güman dolu ,ümid dolu,dürlü xəbər
gözləyirik.
Neçə gündür, həm gecənin, həm gündüzün 
dərdi-səri – Xınalıqdır.
Hər cümləmin mübtədası və xəbəri –
Xınalıqdır.
Neçə gündür hər sözümüz,hər fikrimiz-
Xınalıqdır.
Neçə gündür dekabrdan
qar görməyən Bakmıza 
zümzüməli küləklərlə
qar gəlibdir.
Dünya bizə dar gəlibdir.
Biz hələ də tənbəl-tənbəl
dərələrin qarlarını bir qarışlıq 
kürəklərlə kürəyirik ,

fikrimizi ora-bura sürüyürük.

Biz hələ də proqnozlar verə-verə
k ü l ə k l ə r i, kürəkləri, kələkləri
söyə-söyə,gözümüzü döyə-döyə
fırfıratək fırladırıq xəlbirləri,ələkləri.

…Təlim görmüş İtlər gəlib Avropadan 
əlac üçün,xilas üçün.
İt də dözməz

bu soyuğa,
bu sazağa.
İş görəndə,gördürəndə, 
bir binanı hördürəndə,
niyə yada düşməyibdir,
bu işlərdə əsas olan,
“bax bu, olar “, “bax bu,olmaz”
meyarıyla ölçüləsi 
həm nəsihət, həm qadağa…

Ey kombili binalarda yuxulayan mühəndislər,
Görüləndə lazım olan mühüm işlər,
yuxunuza haram qatın,
mışıl-mışıl yatmayın siz,
başınızı “bəlkə”lərlə,xülyalarla qatmayın siz…

Bax bu-qələm,bax bu,kağız…
Çətindirsə bu iş sizə,
bicə dəfə,bircə ağız
Pıçıldayın:” Bacarmarıq biz bu işi,
İşi bilər yaxşı adam,yaxşı kişi”…

Biz də bilək işimizi ,
hirsimizdən qıçamayaq dişimizi.,
çətinliyə hazır olaq,
el yolunda ellər üçün 
mətinliyə hazır olaq.

Nazim Nəsrəddinov.

08.01.2018.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate