HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5661 İçerik Bulunuyor.

SON DAKİKA

Azərbaycan və türk dünyası qadınlarının “İşığı “(1911-1912)

08 Mart 2018 - 288 views kez okunmuş
Ana Sayfa » Genel»Azərbaycan və türk dünyası qadınlarının “İşığı “(1911-1912)
Azərbaycan  və türk dünyası  qadınlarının “İşığı “(1911-1912)

8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbaycan  və türk dunyasıqadınlarının 1911-1912-ci illərdə həftədə bir dəfə nəşr olunan   “İşıq” adlı qəzeti yadımıza düçdü. Bu marerialları qiymətləndirməyi onların özlərinə həvaə edirəm.

Bu qiyməti  olmayan qəzetin qiyməti  5 qəpik idi. Qəzetin redaksyası  Bakıdakı Tserkovskaya küçəsi ilə Spasski küçəsinin KÜNCÜNDƏ yerləşirdi. Redaktor-Tiflisdə  -Olqa Nücəba Qadınlar İnstitutununun məzunu milliyyətcə tatar olan  Xədicə xanım Əlibəyova idi. 

Qəzetin naşiri isə onun əri ,  H.Z.Tağıyev ilə yaxşı  dostluq münasibərləri  olan  vəkil

Şəkili Mustafa bəy Əlibəyov idi.

Qəzetin himayəçisi H.Z.Tağıyev idi.

Qəzetin birinci səhifəsində “İşıq” özünü belə tanıdırdı:

 “İndilikdə həftədə bir dəfə şənbə günü nəşr olunacaq tərbiyeyi-ətfala

(uşaqların tərbiyısinə-N.N.),

ədəbiyyata, təbabət və evdarlğa dair   XANIMLAR QƏZETƏSİDİR”.

Qəzetin həm qadın ,həm də zükur (erkək) müxbirləri var idi.

Nazim Nəsrəddinov.

08.03.2018.

Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

Bilmate