HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5736 İçerik Bulunuyor.

SON DAKİKA

Atamın şəkli

14 Nisan 2018 - 282 views kez okunmuş
Ana Sayfa » Genel»Atamın şəkli
Atamın şəkli

 Sintaktik təhlilinə görə bu söz birləşməsi üçüncü növ təyini söz birlşməsi sayılır.

Birinci tərəfi  yiyəlik halda olan  söz, ikinci tərəfi isə mənsuniyyət şəkillcili  söz ilə

ifadə olunan  ismi söz birləşməsidir.

Bu fikri başa düşmək üçün  bir paradiqmanı  nümunə  göstərək

Mən+im dərs+im

Sən+in  dərs+in

O+nun  dərs+i

Biz+im dərs+imiz

Siz+in dərs+iniz

O+n+lar+ın dərs+i

Üçüncü növ təyini söz birıəşməsi cümlədə bütün cümlə üzvlərinin yerində işlənə bilər.

Mübtəda vəzifəsində.  Mənim kitabım budur.

İsmi xəbər  vəzifəsində. İndiki dərs mənim dərsimdir.

Tamamlıq vəzifəsində. Mənim  dərslərimi hələ çox eşidəcəksiniz.

Təyin  vəzifəsində  ( qoşmalardan istifadə yolu ilə).   Mənim dərsim kimi dərs görməmişdilər.

Zərflik vəzifəsində.  Kəndin kənarında pambıq əkdilər.

İsmi xəbər  vəzifəsində.  Bura şəhərin təzə məhəlləsidir.

  Nə isə….Mövzuya qayıdırıq.  

Mən atamı heç vaxt üçüncü yerdə görmək istəmirəm.
Atamın yaxşı dostları vardı.Hamısı da atamın xətrini çox istəyirdi:
Vəli Axundov,Ənvər Musayev,Mürsəl Qarayev,
Adil Cəbrayılbəyov, Hidayət Əfəndiyev, Yusif Şirvan,
İsmayıl Qarayev, Xanımana Əlibəyli, Zəhra Qazıyeva,
Əli Fəhmi…Çoxu həkim idi.
Atam müəllimləri ilə də dost idi- Məmmədəmin Əfəndiyev,
Cəmo Cəbrayılbəyli, Mustafa Topçubaşov,
Melik-Yeqanov, Püstəxanım Yüzbaşınskaya…

Biz 1960-cı illərdə dədə-baba şəhərə çıxanda atam azı 10-15 adamla

görüşüb söhbət edərdi.O vaxtar mobil telefonlar yox idi.

Maraqlı söhbətlər  çox vaxtı elə yolüstü olardı.

…Sabah  –  aprelin 15-də  atamın köhnə stillə təvəllüd günüdür.Mən ad günü ifadısini

çox nadir hallarda işlədirəm.İnsana adı 5 gündən sonra da,lap 5 aydan sonra da  verə bilərlər.

Şəxsən mən indiki adımı  rəsmi şəkodə orta məktəbi qurtarandann sonra  almışam.Doğrudur ,

hamı məni NAZİM kimi tanıyırdı.  İkibaşlı danışmıram. Yaş kağızımda  adımı səhv yazmışdılar.

  Atam  təvəllüd günü, dünyaya gəldiyi gün – 15 (28) .04.1913-cü il.

Şamaxı,Şıxzərli məhəlləsi.(Sonralar ,səhv etmirəmsə,Qızıl əsgər küçəsi).

İndi bu küçə,yenə də səhv etmirəmsə, Azərbaycan küçəsi adlanır.)

Evləri indiki Şamaxı Mərkəzi Şəhər Xəstəxananın yerində olub.

Atam ilk təhsilini Səid Ünsizadənin 1874-cü ildə yaratdığı məşhur

“Məclis Məktəbi”ndə aıb. Məktəbi qurtarandann sonra yaxşı

müdavim kimi Respublika Maarif Komissarlıının göstərişi  və təyinatı ilə  bir müddət  

QALAĞAYIN (indiki Sabirabad ) rayonunda türk dili və ədəbiyyatı müəllimi,

bankda mühasib işləyib.

1938-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika

fakültəsində adlı -sanlı məşhur müəllimlərdən və professorlardan dərs alıb.

  Atam ömrünün sonunadək-1977-ci ilədək respublikanın bir sıra mərkəzi aran rayonlarında,

 eləcə də dağlıq və dağətəyi rayonlarında həkim,baş həkim,poliklinika müdiri vəzifələrində işləyib.

Allah dünyasını dəyişənlərin hamısına rəhmət eləsin.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin  aylıq təqaüdçüsü.

Bakı.

14.04.2018.

 

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate