HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5576 İçerik Bulunuyor.

SON DAKİKA

“Artıq” sözünün antonimi necə yazılır?

17 Ocak 2018 - 530 views kez okunmuş
Ana Sayfa » Genel»“Artıq” sözünün antonimi necə yazılır?
“Artıq” sözünün antonimi necə yazılır?

Bu günlərdə stomatologiyaya aid  maraqlı bir yazı oxuyurdum.Birdən yazıdakı sözlərin birinin yazılışından şübhələndim.Həm orfoqrafiya, həm bir neçə tərcümə lüğətinə baxdım.

Şübhələrim nahaq deyilmiş.

 Sultan Məcid Qəniyevin  1922-ci ildə Azpoliqraf tresti nəşriyyatının  Birinci Hökümət Mətbəəsində çap  edilmiş  Rusca-türkcə  lüğətininə  müraciət etdim.

Yeri gəlmişkən qeyd edim ki, bu lüğət görkəmli rus lüğətçisi Vladimir Dalın  izahlı lüğəti əsasında tərtib edilmişdir.Mötəbər nəşrdir.

Burada digər lüğətlərdən fərqli olaraq, söz  əvvəlcə rus dilinə rus əlfbası ilə yazılmış, sonra  isə  həmin sözün ərəb və latın qrafikası ilə  Azərbaycan dilinə tərcümsi  verilmişdir.

Məsələn,

Меньший, меншой, менее – az (ərəb əlifbası ilə),  az( latın qrafikası ilə),  kiçik (ərəb əlifbası il),

əskik (ərəb qrafikası ilə).   (səhifə 220)

Hər bir idarədə mütləq orfoqrafiya lüğəti olmalıdır.Bir sözün səhv,yaxud düzgün yazılıb -yazılmamasına  şübhəniz varsa, orfoqrafiya lüğətinə baxın.

Mütləq baxın.

Məsələn, 

“yarımçıq”, 
“bütöv olmayan”, 
“natamam”,
“çatışmayan” 

mənasını verən söz “əs+kik “yazılmalıdır.

“Əskik” sözü “artıq” sözünün antonimidir. 

Orfoqrafiya lüğətində “əskik” sözündən sonra 

“artıq – əskik” mürəkkəb sözünün də düzgün yazılışı verilmişdir.

 
 Söz orfoqrafiya lüğətlərində  Hökumətin təsdiq etdiyi ORFOQRAFİYA QAYDALARI əsasında  yazılmalıdır.Təəssüf ki,cari orfoqrafiya qaydaları  cəmi 36 maddədən ibarətdir.Bir çox sözlərin yazılışını  bu maddələrlə ortalığa çıxarmaq olmur.Məsələn , biz hələ fəxri adların düzgün yazılışını tapmaqda çəətinlik çəkirik.

Görəsən,fıəxri adların birinci hərfi  necə yazılmalıdır? Böyük,yoxsa kiçik hərflə?

 Ali məktəblərdəki fakültələrin adını böyük hərflə yazmq QAYDALARIN hansı maddəsinə  əsaslandığı da hələ yazısını düzgün yazmaq istəyənlərə qaranlıq qalır. Alınma sözlərin yazılışında da vahid prinsip,müvafiq mddə ,demək olar ki,yoxdur.  Buradakı ən çox narahatlıq doğuran  Avropa alınmaları ilə əlaqədrdır.Bəziləri Avropa dillərindən rus dili vasitəsilə dilimizə keçən  “H” hərfi ilə başlayan bütün sözlərin   elə  “H” hərfi ilə yazılmasının  vacibliyini  lazım bilirlər.Bu,doğrudanmı belə olmalıdır ?

Qaydalarda bu  yazılışa aid maddə yoxdur.Ona görə də israr da  yoxdur.

Son vaxtlarda dilimizə türk dilindən  HOLODOMOR adlı bir söz daxil olub.Bu, süni şəkildə aclıqdan oldürülmə  həddinə çatdırmaq kimi izah edilir.Bu sözün rus dilindəki “голод “-“aclıq ” mənasını verdiyi  bildirilir.

Araşdırma aparmadan bu sözü  rus dilindəki xolod (soyuq) kimi də izah etmək olar.Son illərdə dilimizə    Avropa dillərindən daxil olan  təhsil terminlərinin çoxu Moskva reysləri ilə gəlmir.Bu terminlərin   Bakıya gəlişi Finlandiya-Bakı, Hollandiya -Bakı, Böyük Britaniya  reysləri ilə həyata keçirilir.2003-cü ildə indi KURİKULUM yazdığımız tədbirlə əladədar Bakıda bir sıra tədbirlər keşirildi.Bu tədbirlərinəsas sözü o vaxtlar kurrikulum idi.Bu ad ilə Təhsil nazirliyinin mətbu orqanı da yaradıldı.Aradan 3-4 il keçəndn onra məlum oldu ki, bu sözdə eynicinsli bir hərf var imiş.Başqa sözlə,bu sözün KURİKULUM yazılışı düzgün sayıldı,jurnalın adı da dəyişildi.

Kampus sözü də dilimizə   son vaxtlarda daxil olan  təhsillə ilgili  alınmalardan biridir. 

 Kampus  —  müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya şəhərciyi mənasını verir.

Görəsən,  bu sözün düzgün yazılışında geriyədönmə olmayacaq ki?

Orfoqrafiya qaydalarında ərəb və fars dillərindən alınma sözlərə  aid müəyyən maddələr də olmalıdır.Qaydalarda 

 tale, taleh, nikah, nigah 

tipli sözlər də MÜVAFİQ REDAKTƏ İLƏ öz maddəsini tapmalıdır.

Əsası rus və rus dili vasitəsilə Avropadan alınmış sözlərdən əmələ gələn feillərin yazılışında da müəyyən qaydalara əsalanan maddə olmalıdır.

Qaydalarda  bir sıra şəkilçilərin, o cümlədən sıra sayı bildirn şəkilçilərə də yeni  münasibər   bildirilməlidir .

Kökü eyni olan sözlərin hamısı lüğətdə  göstərilməlidir (görmək, görünmək, gördürmək, görülmüş və s.).

Biz orijinallıq naminə dilimizdə çox işlək olan sözləri

   heç olmasa lüğətə daxil etməklə saxlamalıyıq.Bu tipli sözlərin müxtəlif lüğəvi mənaları var.

Burada bir məsələni də yada salaq.Qrammatika qaydaları dili müəyyən çərçivədə saxlayır,hərc-mərcliyin qarşısını alır.

Məsələn ,dilçi alimlərdən biri  arzu şəklinin formalarından birini bu şəkildə ifadə edir.

Gərək bunu yazmazdım.

Dilçi demək istəyir ki,gərək bunu almayaydım. Qaydalarda belə yanaşmalara  yol verilə   bilməz.

Yeni tədris qaydaları adı ilə qrammatik qaydalardan qaçanlar ən gəzəl və ən məlahətli  dilin  İFAÇILARIYIQ.

Gəlin dilimizin nəğməsini pozmayaq.

Əvvəllər, 30-40 il bundan əvvəl gəlinin cehizlərinin üstündə-üst qatında bir kitab da olardı-EVDARLIQ. Yaxşı kitab hesab edilirdi.

 Kitab satıcıları bu kitabı əl altından (Gərəsən bu sözü düzmü yazdım-N.N.) satardılar. Bu kitabı , adətən piştaxtanın görünməyən yeridə

 gizlədirdilər.

 Gəlin,ORFOQRAFİYA lüğətlərini elə şəkildə çap edək ki,başqasına hədiyyə aparanda oradakı səhvlərə görə xəcalət çəkməyək.

Belə xəcalətsiz kitabı  da ancaq və ancaq  mükəmməl QRFOQRAFİYA QAYDALARINA əsaslanaraq  çap etmək olar.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM  müsabiqəsinin qalibi,

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü,

türkoloq.

17.01.2018.

P.S. Ən yaxşı müəllim adını dırnağa almayın.

Dırnaq işarəsinin müxtəlif qavrama  məqamları var.

 

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate